• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Baltik dənizində Litva–Latviya arasında optik kabel zədələnib

DÜNYA

05 Yanvar 2026 | 13:27

Baltik dənizində Litva–Latviya arasında optik kabel zədələnib

Baltik dənizində Litva ilə Latviya arasında çəkilmiş optik kabel Liepaya limanından bir neçə kilometr aralıda zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litvanın Milli Böhranların İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas LRT radiosuna məlumat verib.

    Vitkauskas qeyd edib ki, kabel Litva və Latviya üçün kritik infrastrukturun bir hissəsidir və Skandinaviya ölkələri ilə internet əlaqəsini təmin edir.

    Məlumata görə, zədələnmə Latviya ərazi sularında qeydə alınıb. Hazırda Latviya xidmətləri kabelin bərpası üzərində çalışır. Faktla bağlı Latviyada cinayət işi başlanıb.

    Latviya polisi və sahil mühafizəsi hazırda Liepaya limanında olan bir gəmini yoxlayır, ekipaj üzvləri sorğu sual edilir.

    BNS agentliyinin məlumatına görə, Yeni İl ərəfəsində Finlandiya və Estoniya arasında “Elisa” şirkətinə məxsus sualtı kabel də zədələnib.

    Bundan sonra Finlandiya polisi Sankt-Peterburqdən İsrailin Hayfa şəhərinə gedən “Fitburq” gəmisini saxlayıb və gəmi ekipajın 14 üzvünü şübhəli kimi saxlayıb. Onlar gəminin lövbəri ilə kabeli zədələməkdə şübhəli bilinirlər.

    Xatırladaq ki, son aylarda Baltik regionunda oxşar kabel zədələnmələri qeydə alınıb və NATO bu cür insidentlərdən sonra “Baltic Sentry” adlı monitorinq missiyasına başlayıb.

    Ekspertlər bu hadisələri Rusiyanın həyata keçirdiyi hibrid fəaliyyətlərin tərkib hissəsi kimi dəyərləndirirlər.


    SON XƏBƏRLƏR