• Bakı 29° C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Venesuela məsələsində parçalandılar

DÜNYA

05 Yanvar 2026 | 00:45

Venesuela məsələsində parçalandılar

Avropa İttifaqı Venesueladakı vəziyyətlə bağlı vahid mövqe ortaya qoya bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, Aİ-nin diplomatik xidməti tərəfindən yayılan məlumata əsasən, 26 üzv ölkənin imzaladığı birgə bəyanatda İttifaq transmilli mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni prioritet istiqamət kimi vurğulayıb, həmçinin Nikolas Maduronun legitim prezident kimi tanınmadığını bir daha xatırladıb.

Birgə sənəddə qeyd olunub ki, Venesuelada baş verən proseslər region və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır. Avropa İttifaqı bu ölkədə demokratiyanın, hüquqi dövlət prinsiplərinin və insan haqlarının bərpasını dəstəklədiyini bəyan edib.

Lakin sənəd bütün üzv ölkələr tərəfindən dəstəklənməyib. Macarıstan bəyanatı imzalamaqdan imtina edib. Bu addım Avropa İttifaqının Venesuela böhranı ilə bağlı vahid siyasi mövqe nümayiş etdirməsinə mane olub və Aİ daxilində fikir ayrılıqlarını bir daha üzə çıxarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026