Danimarkanın baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampı Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ehtimalı ilə bağlı açıqlamaları dayandırmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Frederiksen bildirib ki, ABŞ-nin Qrenlandiyanı nəzarətə götürməsinə ehtiyac olduğuna dair iddiaların heç bir əsası yoxdur. Onun sözlərinə görə, ABŞ-nin Danimarka Krallığının üç hissəsindən heç birinə hüququ yoxdur. Baş nazir Vaşinqtonu tarixi baxımdan yaxın müttəfiqə, eləcə də satılmadığını açıq şəkildə bəyan etmiş başqa bir ölkə və xalqa qarşı hədələrdən çəkinməyə çağırıb.
Qeyd edək ki, 4 yanvar tarixində Donald Tramp Venesuelada aparılan hərbi əməliyyatdan sonra Qrenlandiya ilə bağlı iddialar səsləndirib. O, adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu və ABŞ üçün müdafiə baxımından zəruri olduğunu bildirib.
Bakı 




