Türkiyədə illik inflyasiya yenidən azalıb.
Bakıvaxtı.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayında illik inflyasiya 30.89% təşkil edib. Noyabr ayında bu rəqəm 31.07% təşkil etmişdi. Dekabr ayında istehlak qiymətləri əvvəlki aya görə 0.89% artıb.
Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 28.31%, nəqliyyatda 28.44%, mənzillərdə isə 49.45% artım müşahidə olunub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2024-cü ilin may ayında 75.45%, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi – 42.12%-lə yanvar ayında qeydə alınıb.
Bakı 




