• Bakı 10° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsindən azad edildi

DÜNYA

04 Yanvar 2026 | 20:00

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsindən azad edildi

Ukrayna Dövlət Sərhəd Xidmətinin sədri Sergey Deyneko vəzifəsindən azad edilib. 

Bakıvaxtı.az xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında dərc edilib.

Fərmanda deyilir: "Sergey Vasilyeviç Deyneko Ukrayna Dövlət Sərhəd Xidmətinin sədri vəzifəsindən azad edilsin".

Zelenski başqa bir fərmanla Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini Valeri Vavriniyuku Dövlət Sərhəd Xidmətinin müvəqqəti rəisi təyin edib.


SON XƏBƏRLƏR