• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzzanın şimalında 2 km-lik HƏMAS tuneli məhv edilib 

DÜNYA

04 Yanvar 2026 | 19:33

Qəzzanın şimalında 2 km-lik HƏMAS tuneli məhv edilib

İsrail Müdafiə Qüvvələrinin hərbçiləri Qəzza zolağının şimal hissəsində radikal qruplaşmalara aid uzunluğu təxminən 2 kilometr olan yeraltı tuneli partladaraq məhv ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin Şimal briqadası Beyt-Lahiya bölgəsində HƏMAS-a məxsus yeraltı tuneli aşkarlayaraq sıradan çıxarıb.

Ordunun açıqlamasında qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri İsrail Dövlətinin təhlükəsizliyini təmin etmək məqsədilə Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatları davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026