Ordubad rayonunda, Ermənistanla sərhəd istiqamətində TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində yeni dəmir yolu xəttinin tikintisi davam edir.
Bakıvaxtı.az xəbər verir ki, layihə bölgənin strateji nəqliyyat bağlantılarını gücləndirməyi və regiondaxili logistikanı sürətləndirməyi hədəfləyir.
Məlumata görə, inşaat işləri ümumi uzunluğu 188 kilometr olan dəmir yolu xəttini əhatə edir. Yolun çəkilməsi Naxçıvanın region üzrə tranzit imkanlarını genişləndirəcək və yeni iqtisadi dəhlizlərin yaradılmasına şərait yaradacaq.
Tikinti işlərinin mərhələli şəkildə həyata keçirildiyi, yolun həm yük, həm də sərnişin daşımaları üçün nəzərdə tutulduğu bildirilib.
Layihənin bölgənin nəqliyyat təhlükəsizliyinə və regional inteqrasiyaya ciddi töhfə verəcəyi gözlənilir.
Bakı 



