• Bakı 10° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Zakir Həsənov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb 

SİYASƏT

04 Yanvar 2026 | 19:23

Zakir Həsənov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yamnvarın 4-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü cənab Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Cənab M.Mallin isə öz növbəsində qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR