• Bakı 10° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

İlhamƏliyev: Azərbaycan regional sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcək

SİYASƏT

04 Yanvar 2026 | 19:16

İlham Əliyev: Azərbaycan regional sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcək

Azərbaycan Prezidenti İlham Əliyev regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bunu yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.


SON XƏBƏRLƏR