ABŞ ilə Azərbaycan nümayəndələri arasında görüşlər əlaqələrin genişləndirilməsində səmərəlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin yanvarın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.
M.Mallin qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Bakı 




