• Bakı 14° C

    1.25 m/s

Əraqçi: Azərbaycanla münasibətlərin gücləndirilməsi zəruridir

SİYASƏT

04 Yanvar 2026 | 15:05

Əraqçi: Azərbaycanla münasibətlərin gücləndirilməsi zəruridir

İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin rəhbərinin "Telegram" kanalında məlumat paylaşılıb.

Bildirilib ki, səfir A. Əraqçini ikitərəfli münasibətlərin son vəziyyəti barədə məlumatlandırıb.

İran XİN-in rəhbəri yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilədilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zərurətini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026