• Bakı 10° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Prezident Trampın ədalətsiz 907-ci düzəlişin fəaliyyətini dayandırmasını yüksək qiymətləndirib

SİYASƏT

04 Yanvar 2026 | 19:19

Prezident Trampın ədalətsiz 907-ci düzəlişin fəaliyyətini dayandırmasını yüksək qiymətləndirib

Prezident İlham Əliyev Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR