Bakı metrosunun "Ulduz" stansiyasını Yeni Günəşli qəsəbəsi ilə əlaqələndirən 36 nömrəli marşrut üzrə mövcud avtobusların qismən yenilənməsi həyata keçiriləcək.
Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, dekabrın 7-dən marşrutda istismar olunan nəqliyyat vasitələri müasir "İsuzu" markalı avtobuslarla əvəz ediləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
Bakı 



