• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sumqayıtda qanunsuz quraşdırılmış 11 köşk söküldü

CƏMİYYƏT

04 Yanvar 2026 | 11:00 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda qanunsuz quraşdırılmış 11 köşk söküldü

Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, reyd şəhərin 20 Yanvar küçəsində təşkil olunub.

Aidiyyəti qurumların iştirakı ilə keçirilən tədbir zamanı ərazidə qanunsuz şəkildə quraşdırılmış 11 ədəd köşk sökülərək ərazidən götürülüb. Köşklər xüsusi texnikaların köməyi ilə daşınıb.

Bildirilib ki, şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı müntəzəm reydlər davam etdiriləcək və bu istiqamətdə nəzarət tədbirləri gücləndiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026