Avropa Komissiyası "X" sosial şəbəkəsini 120 milyon avro cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ buna etiraz edib.
Cərimə Rəqəmsal Xidmətlər Qanununu pozduğuna görə tətbiq edilib. ABŞ dövlət katibi Marko Rubio bunu "xarici hökumətlərin Amerika texnoloji platformalarına hücumu" adlandırıb.
ABŞ dövlət katibi X-ə yazdığı məktubda "Amerikalıların onlayn senzurasının günləri bitdi" deyə bildirib.
Öz növbəsində, ABŞ vitse-prezidenti Cey Di Vens Aİ-ni söz azadlığını dəstəkləməyə və "xırda məsələlərə görə Amerika şirkətlərinə hücum etməməyə" çağırıb.
Bakı 



