• Bakı 13° C

    5.81 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

KİV: ABŞ və Ukrayna təmsilçilərinin ikigünlük məsləhətləşmələri nəticə vermədi

DÜNYA

06 Dekabr 2025 | 10:31

KİV: ABŞ və Ukrayna təmsilçilərinin ikigünlük məsləhətləşmələri nəticə vermədi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Baş Qərargahının rəhbəri Andrey Qnatovla Mayamidə iki gün ərzində davam edən danışıqları nəticəsiz olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

ABŞ Dövlət Departamenti müzakirələrin "konstruktiv xarakter daşıdığını" bildirib. Nəşrin yazdığına görə isə "görüşlər pozitiv əhvalda keçsə də, bu, danışıqlarda ciddi irəliləyiş üçün impuls olduğuna işarə etmir".

Müzakirələrin bu gün davam edəcəyi ilə bağlı razılıq əldə olunub.


SON XƏBƏRLƏR

05 Dekabr 2025