Gəncədə kuryerlə qadın sürücü arasında yol hərəkəti zamanı münaqişə yaşanıb.
Bakıvaxtı.az Gencexeber.az-a istinadən xəbər verir ki, hadisə şahidləri tərəfindən bildirilib ki, xoşagəlməz hal sakinlərin gözü qarşısında baş verib. “90 NY 810” dövlət qeydiyyat nişanı olan “Chevrolet Cruz” markalı avtomobilin qadın sürücüsü mopedlə hərəkətdə olan gənc kuryerə hücum edərək ona qarşı fiziki təzyiq göstərməyə çalışıb, habelə ünvanına nalayiq ifadələr işlədib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır: “Məsələ ilə bağlı hüquqi qiymət veriləcək”.
Bakı 



