"Neftçi" futbol klubunun baş məşqçisi postuna əsas namizəd Yuri Vernidub artıq Bakıdadır.
Bakıvaxtı.az "Sportinfo"ya istinadən xəbər verir ki, o, gecə saatlarında Ukraynadan Azərbaycana gəlib.
Məlumata görə, 59 yaşlı mütəxəssis xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib. Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb. Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.
Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilleriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-si tamam olacaq.
Xatırladaq ki, "bakılılar"ı son bir ildə Samir Abasov çalışdırıb. O, noyabrın 24-ü, Premyer Liqanın 13-cü turunda "İmişli"yə 2:3 hesablı məğlubiyyətin ertəsi günü istefaya göndərilib.
Bakı 



