Madrid "Real"ının baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Rodriqo Qoesin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Bakıvaxtı.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mütəxəssis braziliyalı futbolçunun universallığını və komanda üçün əhəmiyyətini vurğulayıb.
"Rodriqo hücumda çox yönlüdür. O həm cinahlarda, həm də mərkəzdə oynaya bilir. İlin sonuna doğru xeyli irəliləyiş əldə edib, bir neçə, həqiqətən, keyfiyyətli oyun keçirdi və biz onun formasından çox yaxşı təəssürat aldıq.
O bizim üçün digər futbolçular qədər vacibdir, xüsusilə Kilyanın yoxluğunu nəzərə alsaq, hələlik bu müddətin nə qədər davam edəcəyi bəlli deyil. Bizim müxtəlif variantlarımız var və Rodriqo onlardan biri ola bilər", – deyə Alonso bildirib.
Cari mövsümdə braziliyalı futbolçu "Real"ın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Rodriqonun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.
Bakı 




