• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kante “Fənərbağça”ya keçir

İDMAN

02 Fevral 2026 | 12:53

Kante “Fənərbağça”ya keçir

Türkiyənin "Fənərbağça” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az “Sky Sports”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantenin transferi ilə bağlı Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ilə razılığa gəlib. “Fənərbağça” 35 yaşlı oyunçuya görə 4 milyon avro təzminat ödəyəcək. Yarımmüdafiəçi yaxın vaxtlarda İstanbula yollanaraq, 2,5 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, “Fənərbağça” qış fasiləsində bunadək Matteo Gündüzi, Entoni Musaba, Mərt Günok və Sidiki Şerifi heyətinə qatıb./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026