"Barselona"nın hücum xəttinin əsas üzvlərindən olan Rafinya İspaniya Kubokunun 1/4 final mərhələsində "Albasete"yə qarşı keçiriləcək görüşdə forma geyinməyəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, 29 yaşlı futbolçu sağ bud nahiyəsinin yaxınlaşdırıcı əzələsində dartılma səbəbindən zədələnib. Onun vəziyyəti tibbi nəzarət altında saxlanılır.
Bakı 




