• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?

İDMAN

06 Dekabr 2025 | 13:26

Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak perspektivləri ilə bağlı şərh verib.

Bu barədə Bakıvaxtı.az Championat.com-a istinadən xəbər verir.

"Orada olub-olmayacağına özü qərar verəcək və istənilən halda biz onun qərarını dəstəkləyəcəyik. Hər şey yaxşı gedir, amma altı ay uzun müddətdir. Ümid edirik ki, o özü və milli komanda üçün ən yaxşı qərarı verəcək", - deyə Skaloni bildirib.

Qeyd edək ki, dekabrın 5-də DÇ-2026-nın püşkatma mərasimi keçirilib. Argentina J qrupunda yer alıb və Avstriya, Əlcəzair və İordaniya ilə qarşılaşacaq.

2026-cı il dünya çempionatı gələn yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. (Oxu.az)


SON XƏBƏRLƏR

02 Mart 2026