• Bakı 13° C

    5.81 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Kremlin gizli oyunu: "Sülh danışıqları" ABŞ-Rusiya xəttinə keçir

SİYASƏT

06 Dekabr 2025 | 10:16

Kremlin gizli oyunu: Sülh danışıqları ABŞ-Rusiya xəttinə keçir

"Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında Kremldə keçirilən görüş ərəfəsində Putinin sərt açıqlamalarına diqqət yetirmək lazımdır". 

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri  deyib. 

Ekspert bildirib ki, görüş ərəfəsində Çinin XİN başçısı da Moskvaya səfər etmişdi: 

"Putin perspektivdə müharibəni davam etdirməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Bu, həm Ukrayna, həm Avropa İttifaqna, həm də Çinə verilən mesaj idi. Eyni zamanda Putin aşkar formada Avropa İttifaqını təhdid edir. Bildirir ki, əgər Aİ müharibəyə hazırdırsa, Rusiya da buna hazırdır. Kreml rəhbərinin Avropanı müharibə ilə təhdid etməsi Rusiyanın bir növ "qiymətləri qaldırmasına" hesablanıb. Belə aqressiv aurada danışıqlarda Ukraynanın xeyrinə hansısa razılaşmanın olacağını düşünmək əbəs idi".
Müsahibimiz bildirir ki, əslində ABŞ-nin təqdim etdiyi "sülh planı" Ukrayna əraziləri hesabına müharibənin bitirilməsini özündə ehtiva edir. Dediyinə görə, bu sənəddə Rusiyanın güzəştə getməsi ilə bağlı heç bir maddəyə rast gəlinmir:
"Ona görə də bu sənədin Rusiyada hazırlanaraq Uitkoffa təqdim olunmasına şübhə yoxdur".

 *Natiq Miri: Putinin Avropanı müharibə ilə təhdid etməsi Rusiyanın "qiymətləri qaldırmasına" hesablanıb* 

Analitik əlavə edib ki, sözügedən "sülh sənədi"nin ortaya çıxmasında qeyri-peşəkarlar iştirak edib: 

"Nə Uitkoff, nə də Trampın kürəkəni siyasətçi və diplomatdılar. Bu məqam hazırlanmış planın dilində də özünü açıq şəkildə göstərdi. Digər tərəfdən Rusiya prezidentinin ailəsinə yaxın olan Kirill Dmitriyevin özü də diplomatiyadan uzaq, naşı adamdır. Ona görə də bu sənədi sadəcə olaraq iqtisadi bir sövdələşmə kimi təqdim etmək lazımdır. Rusiyanın niyyəti də budur".
Natiq Miri vurğulayıb ki, əsas məqsəd sülh sənədini imzalamaq yox, Avropa İttifaqını sülh prosesindən uzaqlaşdırmaq, danışıqları ABŞ-Rusiya müstəvisinə daşımaqdır. Burada da iqtisadi münasibətlər ön planda olacaq.

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Dekabr 2025