• Bakı C

    10.62 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Venesuelada səfərbərlik elan edilib - YENİLƏNİB

SİYASƏT

03 Yanvar 2026 | 14:59

Venesuelada səfərbərlik elan edilib - YENİLƏNİB

Venesuela ABŞ-nin hərbi əməliyyatı fonunda ölkənin müdafiəsi üçün bütün qoşun növlərini səfərbər edib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes videomüraciətində bildirib.

"Venesuela hərtərəfli müdafiə üçün bütün quru, hava, hərbi-dəniz və raket qüvvələrinin genişmiqyaslı yerləşdirilməsinə başlayacaq", - o bildirib.

***

13:27

Venesuelada səfərbərlik elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bəyan edib.

    Qeyd olunub ki, Venesuela Bolivar Respublikasının hökuməti ABŞ-ın Karakasda, eləcə də Miranda, Araqua və La-Quayra ştatlarında mülki və hərbi obyektlərə qarşı həyata keçirdiyi “kobud hərbi təcavüzü” kəskin şəkildə pisləyir.

    Bəyanatda qeyd olunub ki, ABŞ-ın bu hərəkətləri BMT nizamnaməsini pozur, Latın Amerikası və Karib regionunda sülh və sabitliyə təhdid yaradır və milyonlarla insanın həyatını təhlükə altına qoyur.

    Bildirilir ki, Prezident Nikolas Maduro əhalinin və dövlət institutlarının qorunması məqsədilə ölkə üzrə milli müdafiə planlarının tətbiq edilməsi barədə göstəriş verib və bütün ölkə ərazisində “xarici təhlükə vəziyyəti”nin elan olunması haqqında fərman imzalayıb.

    Venesuela bütün sosial və siyasi qüvvələri səfərbərliyə, təcavüzə qarşı aktiv müqavimət göstərməyə və ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.

    Qeyd olunur ki, eyni zamanda Venesuelanın diplomatik qurumları ABŞ-ın təcavüzü məsələsini BMT Təhlükəsizlik Şurasında, həmçinin CELAC və Qoşulmama Hərəkatı çərçivəsində qaldıraraq Vaşinqtonun pislənməsini və məsuliyyətə cəlb olunmasını tələb edəcəklər.

    Venesuela BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni özünümüdafiə hüququna malik olduğunu bəyan edib və Latın Amerikası, Karib regionu ölkələrini, eləcə də bütün dünyanı həmrəylik nümayiş etdirməyə çağırıb.


    SON XƏBƏRLƏR

    03 Yanvar 2026