• Bakı C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Türkiyənin regional rolu: Ərdoğanın sammit təklifi nə vəd edir?

SİYASƏT

02 Fevral 2026 | 13:09

Türkiyənin regional rolu: Ərdoğanın sammit təklifi nə vəd edir?

“Türkiyənin regionda böyük nüfuzu var”.

Bunu politoloq Əli Oruclu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit təklifini Bakıvaxtı.az-a şərh edərkən deyib.

O, Türkiyənin ABŞ ilə hərbi-siyasi müttəfiq olduğunu xatırladaraq bildirib ki, ona görə də bu iki ölkə  arasında dialoq və ortaq nəticəyə gəlmək mümkündür:

“Biz bunun nümunəsini Suriya məsələsində gördük. Türkiyənin, konkret Ərdoğanın vasitəçiliyi ilə Türkiyədə bir sıra problemləri nizamlamaq mümkün oldu. Bu gün də normallaşma istiqamətində Suriyada mühüm addımlar atılır. Düşünürəm ki, bu təcrübədən məhz İran məsələsində də yararlanmaq olar”.

Əli Oruclu: Çalışmaq lazımdır ki, tərəflər bu qarşıdurmadan müharibəsiz ötüşsünlər

Müsahibimiz hesab edir ki, Ərdoğanın təklifinin dəyərləndirilməsi real qarşıdurma riskini azaldar. Dediyinə görə, region ölkələri, hətta ABŞ-nin öz müttəfiqləri belə İrana birbaşa hərbi müdaxilənin əleyhinədir:

“BƏƏ də bəyanat yayıb ki, öz ərazisindən İrana qarşı hansısa hücum əməliyyatlarına imkan verməyəcək. ABŞ bu məqamları nəzərə almalıdır. İrana hücum məsələsinə yenidən baxılmalıdır. Çalışmaq lazımdır ki, tərəflər bu qarşıdurmadan müharibəsiz ötüşsünlər”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit təklif edib.  Ərdoğan bu təklifi Trampla telefon danışığı zamanı irəli sürüb. Türkiyə lideri ABŞ, İran və Türkiyə arasında, ehtimal ki, videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsinə çağırıb.

Məlumatlara görə, Tramp Ərdoğanın təklifinə müsbət yanaşıb. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı liderlər Türkiyə-İran ikitərəfli münasibətləri ilə yanaşı, regionda artan hərbi gərginliyi və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ərdoğan söhbət zamanı vurğulayıb ki, rəsmi Ankara regionda sabitliyin qorunmasında maraqlıdır. O, gərginliyin azaldılması və mövcud problemlərin həlli istiqamətində Türkiyənin İran ilə ABŞ arasında vasitəçi rol üstlənməyə hazır olduğunu diqqətə çatdırıb.

Aydın Baxış


SON XƏBƏRLƏR