• Bakı C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Beynəlxalq axtarışda olan 2 nəfər ölkəmizə ekstradisiya edildi

SİYASƏT

04 Mart 2026 | 10:51

Beynəlxalq axtarışda olan 2 nəfər ölkəmizə ekstradisiya edildi

Beynəlxalq axtarışda olan daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


SON XƏBƏRLƏR

03 Mart 2026