• Bakı C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Parlamentari Azərbaycan-Ermənistan münasibətlərindən DANIŞDI

SİYASƏT

02 Fevral 2026 | 12:16

Parlamentari Azərbaycan-Ermənistan münasibətlərindən DANIŞDI

Azərbaycan Ermənistanla əlaqəli dəmir yolu xəttini bərpa etmək imkanına malikdir.

Bakıvaxtı.az xəbər verir ki,  bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat  Qüdrət Həsənquliyev söyləyib.

Onun sözlərinə görə, hazırda yük daşımaları həyata keçirildiyi üçün bu addımların atılması üçün bazar mövcuddur.

Həsənquliyev vurğulayıb ki, dəmir yolunun bərpası yalnız yükdaşımalarla məhdudlaşmır, həm də regionda iqtisadi və nəqliyyat əlaqələrinin normallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Parlamentari həmçinin bildirib ki, hər hansı sülh sazişi yalnız Milli Məclisin razılığı ilə imzalanmalıdır və məsələnin yaz sessiyasının gündəliyinə daxil edilməsi vacibdir.

Əli Hüseynov


SON XƏBƏRLƏR