Qazax Peşə liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Xudaverdiyev Xudaverdi Səməd oğlu rəhbərlik etdiyi liseydə aparılan audit yoxlama zamanı ciddi pozuntular aşkarlandığına vəzifəsindən kənarlaşdırılıb.
Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib.
Bakı 



