Azərbaycanın dünya şöhrətli, görkəmli ziyalı xanımı, böyük şairə Məhsəti Gəncəvi haqqında yazılan aşağı yönümlü, yanlış və təhqiredici fikirlər yolverilməzdir!
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Şahnaz Haşımova “Məhsəti” filmi ilə bağlı fikirlərini bildirərkən deyib.
Xalq artisti sosial media hesabında Suad Qaraya səslənib:
“Məhsəti” sözünün özü “böyük xanım”, “uca qadın” deməkdir. O, bu ada layiq olduğu üçün ona bu yüksək ad verilib. Gəncədə yaşamaq, gəncəli olmaq şərəfdir, fəxr hissidir!”
Xatırladaq ki, filmlə bağlı qadağa Azərbaycanda gündəm olsa da, bir neçə beynəlxalq film festivalında artıq nümayiş olunub. Əbülfəz Qarayevin qızı Suad Qaranın çəkdiyi bu filmdə dünya şöhrətli Azərbaycan şairəsi Məhsəti Gəncəvi gəzəyən, əxlaqsız qadın obrazında, erotik təsvirlərlə təqdim edilir.
Bakı 



