• Bakı 14° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Milyondan çox narkotik həb ələ keçirildi

DÜNYA

17 Noyabr 2024 | 15:10

Milyondan çox narkotik həb ələ keçirildi

Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən Ambarlı Limanı və Öncüpınar Gömrük Qapısında həyata keçirilən əməliyyatlar zamanı 1 milyon 380 min "Captagon" həb ələ keçirilib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, əməliyyat zamanı 12 konteyner riskli olaraq qiymətləndirilib və ətraflı müayinədən keçirilib. Konteynerdə aparılan yoxlamalar zamanı, həmçinin 26 min 520 qarışdırıcı maşın aşkarlanıb.

Müsadirə edilən malların ümumi dəyərinin təxminən 120,5 milyon türk lirəsi olduğu müəyyən edilib.


SON XƏBƏRLƏR

13 Mart 2025