• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

CƏMİYYƏT

18 Sentyabr 2024 | 14:33

Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti arasında görüş keçirilib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Əliyeva birgə əməkdaşlıq və həyata keçiriləcək layihələr barədə müzakirə aparıblar.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı münasibətlər, dövlət səviyyəsində yüksək səviyyəli əlaqələrə hər iki ölkənin qeyri-hökumət təşkilatı kimi Heydər Əliyev Fondu və “Zamin” Fondunun verəcəyi töhfə diqqət mərkəzində olub.

Həmçinin təhsil, səhiyyə və mədəniyyət sahəsində gələcək birgə fəaliyyət nəzərdən keçirilib, iki ölkə gənclərinin təcrübə mübadilələri, qarşılıqlı səfərləri müzakirə olunub.

Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində “Zamin” Fondu ilə əməkdaşlıq da diqqət mərkəzində olub.

Görüş zamanı Heydər Əliyev Fondu ilə “Zamin” Beynəlxalq İctimai Fondu arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb.

Qeyd edək ki, “Zamin” Fondu Özbəkistanın dayanıqlı inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsi, ətraf mühit sahələrində və sosial sahədə layihələr həyata keçirir.


SON XƏBƏRLƏR