• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Şimali Koreyadan daha bir ballistik raket sınağı

DÜNYA

19 Sentyabr 2024 | 13:12

Şimali Koreyadan daha bir ballistik raket sınağı

Şimali Koreya taktiki ballistik raketin və təkmilləşdirilmiş strateji qanadlı raketin sınaq atışlarının uğurla həyata keçirildiyini açıqlayıb.

Bakıvaxtı.az KCNA-ya istinadla xəbər verir ki, “Hwasongpho-11-Da-4.5” adlanan, 4,5 ton çəkili super böyük döyüş başlığı daşıya bilən taktiki ballistik raketin sınaq atışı onun 320 kilometr məsafədə dəqiqliyini yoxlamaq üçün həyata keçirilib.

Sınaqda iştirak edən Kim Çen In bildirib ki, sınaqlar vasitəsilə silah və texnikanın performansının yaxşılaşdırılması xarici qüvvələrin Şimali Koreyanın təhlükəsizlik mühitinə yaratdığı ciddi təhlükə ilə birbaşa bağlıdır.

Şimali Koreya lideri ölkənin nüvə gücünün artırılmasının zəruriliyini də vurğulayaraq, hərbi potensialın gücləndirilməsini ən vacib məsələ kimi gördüyünü bəyan edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR