Türkiyədə meşələrdə yanğın baş verib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadlaxəbər verir.
Məlumata görə, Muğlanın Dalaman və Menteşe rayonlarında elektrik naqillərindən qaynaqlandığı təsbit edilən yanğınlara havadan və qurudan müdaxilə edilir.
Bildirilib ki, Dalamanın Taşbaşı səmtindəki meşədə yanğının söndürülməsinə 480 canlı qüvvə, 77 müdaxilə maşını, 93 su tankeri, 17 iş maşını və 12 təyyarə cəlb olunub.
Menteşe rayonunun Turnalı ərazisindəki yanğının söndürülməsinə isə 292 canlı qüvvə, 130 müdaxilə maşını, 52 su tankeri, 13 iş maşını və 9 təyyarə cəlb olunub.
Yanğın zamanı 17-si bağ evi olmaqla 29 binaya ziyan dəyib, 75 təsərrüfat təxliyə edilib.
Mina Mikayılova














