• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Livana hücumlar: ölənlərin sayı...

DÜNYA

18 Noyabr 2024 | 10:23 | Müəllif: Əli Hüseynov

Livana hücumlar: ölənlərin sayı...

İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən etibarən Livana qarşı həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 29 nəfər artaraq 3481 nəfərə çatıb.

Bakıvaxtı.az bu barədə NNA-ya istinadla xəbər verir.

Belə ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölənlərlə bağlı məlumat verilib.

İsrail ordusunun dünən Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 29 nəfərin öldüyü, 122 nəfərin yaralandığı qeyd edilib. 

Açıqlamada İsrailin 8 oktyabr 2023-cü il tarixindən bu yana Livana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 896-sı qadın və uşaq, 210-u tibb işçisi olmaqla 3 min 481-ə, yaralı sayının isə 14 min 786 nəfərə yüksəldiyi bildirilib. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026