• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Tramp yenə hədələdi: "Əsl cəhənnəm olacaq!"

DÜNYA

18 Dekabr 2024 | 09:20

Tramp yenə hədələdi: "Əsl cəhənnəm olacaq!"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatına bir müddət öncə ünvanladığı hədələyici bəyanatını yenidən xatırladıb.

Bakıvaxtı.az xəbər verir ki, Florida ştatındakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra ilk mətbuat konfransı keçirən Tramp girovların azad edilməsi tələbini yenidən dilə gətirib:

"Mən xəbərdarlıq etmişdim ki, girovlar andiçmə gününə kimi evdə olmasalar, əks halda əsl cəhənnəm olacaq".

Amerikanın yeni seçilmiş lideri həmçinin bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə çox yaxşı telefon danışığı olub.

Amerika qoşunlarını Suriyadan çıxarmaq niyyətində olub-olmadığını soruşduqda, Tramp belə cavab verib: “Mən əsgərlərimizin öldürülməsini istəməzdim. Amma hər halda, düşünürəm ki, bu baş verəcək, çünki tərəflərdən biri artıq sıradan çıxıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026