• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Əlverişsiz hava şəraiti İtaliyada daşqınlara səbəb olub

DÜNYA

19 Sentyabr 2024 | 14:02

Əlverişsiz hava şəraiti İtaliyada daşqınlara səbəb olub

İtaliyada şiddətli fırtınalar və şiddətli yağışlar şimaldakı Emiliya-Romanya bölgəsində sel və daşqınlara səbəb olub.

Bakıvaxtı.az İtaliya mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində minlərlə insan təxliyə edilib.

Bildirilib ki, bölgədə əlverişsiz hava şəraitindən ən çox zərər çəkən şəhərlər Bolonya, Çesena, Forli, Ravenna, Faenza və Rimini olub.

Qeyd olunub ki, Ravenna şəhəri yaxınlığındakı Senio çayında daşqın nəticəsində Kastel Bolonye şəhərinin mərkəzi su altında qalıb.

Bölgədə indiyədək can itkisinin olmadığı qeyd edilib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR