• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

"Lənkəran"dan daha 2 transfer 

İDMAN

19 Sentyabr 2024 | 16:57

Lənkərandan daha 2 transfer 

"Lənkəran" klubu iki basketbolçunun transferini rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, cənub təmsilçisi Mirməcid İsmayılov və Zumrat Ankbazovla anlaşıb.

195 sm boya malik İsmayılov ampluaca hücumçudur. 19 yaşlı basketbolçu "Gəncə" və "Sərhədçi" klublarının formasını geyinib.

Eyni boya malik, müdafiəçi mövqeyində çıxış edən Ankbazov isə Azərbaycanın U-20 komandasının üzvüdür. O, son olaraq “Şəki”nin uğurları üçün çalışıb.

Qeyd edək ki, “Lənkəran” bundan əvvəl yerli basketbolçulardan Rəşid Abbasov və Varid Ağasızadəni heyətinə qatıb.


SON XƏBƏRLƏR

19 Sentyabr 2024