• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

ABL: I turda bu gün daha iki görüş keçiriləcək

İDMAN

19 Oktyabr 2024 | 09:34

ABL: I turda bu gün daha iki görüş keçiriləcək

Azərbaycan Basketbol Liqasında cari mövsümün ilk turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə NTD və "Abşeron" komandaları üz-üzə gələcək.

Bölgə təmsilçiləri Bakı İdman Sarayında görüşəcək. Matç saat 12:30-da başlayacaq. Digər qarşılaşma isə "Lənkəran" və "Gəncə" arasında olacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Hər iki oyun A qrupunda baş tutacaq.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026