• Bakı 27° C

    11.66 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Əli Əsədov “Barselona” prezidenti ilə müzakirə apardı - FOTO

İDMAN

17 Noyabr 2024 | 21:51

Əli Əsədov “Barselona” prezidenti ilə müzakirə apardı - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.


Əli Əsədov “Barselona” prezidenti ilə müzakirə apardı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026