• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Güney azərbaycanlı idmançı Pezeşkiana türkcə müraciət edib

İDMAN

17 Dekabr 2024 | 15:31

Güney azərbaycanlı idmançı Pezeşkiana türkcə müraciət edib

Parataekvondo üzrə gümüş mükafatçı, Güney Azərbaycandan olan Zəhra Rəhimi Paris Olimpiya və Paralimpiya mükafatçılarının təltifetmə mərasimində İran prezidenti Məsud Pezeşkiana türkcə müraciət edib.

Bakıvaxtı.az “SNN.ir”ə istinadən xəbər verir ki, o, farsca çıxışının sonunda Azərbaycan türkcəsində danışıb.

İdmançı prezidentə müraciət edərək paralimpiya və olimpiyaçılara eyni yanaşılmasını istəyib.

“Cənab Prezident, sizdən xahiş edirəm ki, paralimpiya və olimpiyaçılara bir baxışla baxın”, - o deyib.

Qeyd edək ki, Zəhra Rəhimi 2006-ci il noyabrın 2-də Güney Azərbaycanın Təbriz şəhərində doğulub. O, yeddi yaşından idmanla məşğul olur. 2024-cü ildə Parisdə keçirilən Paralimpiya Oyunlarında gümüş mükafat qazanıb.

Zəhra Rəhimi bu il Vyetnamın Dananq şəhərində keçirilən Asiya çempionatında isə qızıl medal alıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025