• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Neymar bu klub ilə danışıqlara başladı

İDMAN

16 Yanvar 2025 | 13:26

Neymar bu klub ilə danışıqlara başladı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar MLS təmsilçisi "Çikaqo Fayr"la danışıqlara başlayıb.

Bakıvaxtı.az “L'Équipe”yə istinadən xəbər verir ki, Çikaqo klubunun rəhbərliyi Neymarın atası və məsləhətçisi Pini Zahavi ilə görüşüblər.

"Çikaqo Fayr" 32 yaşlı hücumçuya Lionel Messinin "İnter Mayami"də malik olduğu şərtləri təklif etməyə hazırdır. Lakin Neymarın atası daha yüksək məvacibə ümid edir.

Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ildə zədə səbəbindən “Əl-Hilal”da cəmi iki oyuna çıxıb və 42 dəqiqə oynayıb. Bununla yanaşı, Neymarın illik qazancı 101 milyon avro təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026