• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Daha iki taekvondoçumuz Türkiyədə qızıl medal qazandı

İDMAN

15 Fevral 2025 | 00:12

Daha iki taekvondoçumuz Türkiyədə qızıl medal qazandı

Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medallar qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, oğlanlar arasında çıxış edən yığma üzvləri, Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.

Qeyd edək ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.


SON XƏBƏRLƏR

11 Mart 2025