• Bakı 10° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

"Mançester Yunayted" 10 futbolçunu GÖNDƏRİR

İDMAN

16 Mart 2025 | 18:47

Mançester Yunayted 10 futbolçunu GÖNDƏRİR

İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted" son illərdə ardıcıl uğursuz mövsümlər keçirdikdən sonra Ruben Amorim rəhbərliyi altında böyük bir dəyişiklik etməyə hazırlaşır.

Bakıvaxtı.az
xəbər verir ki, portuqaliyalı mütəxəssisin komandaya gəlişi də problemləri həll etmək üçün yetərli olmayıb. Heyətin yetərsiz olması gündəmdədir və klub yay transfer dönəmində tam 10 futbolçu ilə yollarını ayırmağa qərar verib.

"Mançester Yunayted"in transfer siyahısına əlavə olunan futbolçular bunlardır:

Kazemiro
Meyson Maunt
Kristian Eriksen
Rasmus Heylund
Conni Evans
Tom Hiton
Viktor Lindelöf
Antoni
Ceydon Sanço
Markus Reşford

"Mançester Yunayted" rəhbərliyi bu oyunçular üçün yay transfer pəncərəsində gələcək təklifləri dəyərləndirməyə hazırdır. Klub əsasən gənc və perspektivli futbolçularla heyətini yenidən qurmağı hədəfləyir.

Bu böyük dəyişiklik "qırmızı şeytanlar"ın qarşıdakı mövsümlərdə daha iddialı olması üçün atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.  /Offsideplus.az


SON XƏBƏRLƏR

16 Mart 2025
15 Mart 2025