• Bakı 10° C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Futzal millimiz son matçına çıxacaq

İDMAN

15 Aprel 2025 | 09:20

Futzal millimiz son matçına çıxacaq

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində bu gün son matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qrup liderliyini və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Xorvatiya yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu - dördüncüdür.


SON XƏBƏRLƏR