• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

 3x3 basketbol millisi sabah dünya çempionatının hazırlığına başlayacaq

İDMAN

14 May 2025 | 15:27

 3x3 basketbol millisi sabah dünya çempionatının hazırlığına başlayacaq

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Bakıda keçiriləcək dünya çempionatının seçmə mərhələsinin hazırlıqlarına sabah başlayacaq.

Bu barədə Bakıvaxtı.az-a komandanın baş məşqçisi Zaur Paşayev məlumat verib.

Mütəxəssis heyətə yeni basketbolçu dəvət etdiklərini deyib:

“Sabah məşqlərə başlayacağıq. Orxan Hacıyev mayın 17-də komandaya qoşulacaq. Mən də məşq edirəm, amma oynayıb-oynamayacağımı bilmirəm. Komanda şəklində məşqlərə başladıqdan sonra heyət müəyyənləşəcək. Kimin oynaması deyil, qalib gəlməyimiz vacibdir. Əsas odur ki, qrupdan çıxaq. Bilirəm ki, kim oynasa, ürəyini, canını ortaya qoyacaq".

Qeyd edək ki, yarışda kişilərdən ibarət Azərbaycan millisi ilə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda və İran yığmaları mübarizə aparacaq. Seçmə mərhələnin ən yaxşı 3 komandası dünya çempionatının əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.


SON XƏBƏRLƏR