• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Şəhriyar Əsgərov: “Sabah” bu gün seriyanın uzanmağına imkan verməyəcək

İDMAN

14 May 2025 | 15:07

Şəhriyar Əsgərov: “Sabah” bu gün seriyanın uzanmağına imkan verməyəcək

Hər kəs bu mövsüm də “Sabah”ı çempionluğa əsas favorit hesab edir. Oyunçularda müəyyən yorğunluq hiss olunsa da, toparlana biliblər. Birincilik uğrunda digər klublar da iddiasını ortaya qoymuşdu. “Neftçi” də pley-offlarda yaxşı mübarizə apardı.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AzərTac-a açıqlamasında “Quba” komandasının baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının final seriyasında üz-üzə gələcək “Sabah” və “Neftçi” kollektivləri arasında keçiriləcək oyun barədə danışarkən deyib.

O bildirib ki, “Sabah”ın çempion olmaq şansı daha çoxdur: “Neftçi” final oyunlarında əla iş gördü. Lakin düşünürəm ki, hesab 2:2 olanda kartlar açılmışdı. “Sabah”ın heyəti çox güclüdür. Bu gün onlar seriyanın uzanmağına imkan verməyəcəklər. Əgər “ağ-qaralar” qalib gəlsə, çempion onlar olacaq. Ancaq bu da çətin görünür”.

Təcrübəli mütəxəssis final seriyasında yüksək səviyyədə çıxış edən “Neftçi”nin basketbolçusu Kamran Məmmədovu fərqləndirib: “Kamran eyni qolundan iki dəfə əməliyyat olunsa da, üçüncü və dördüncü oyunlarda özünü yaxşı tərəfdən göstərə bildi. Əgər komandanın kapitanı Amil Həmzəyev bu gün ona kömək olarsa, gənc oyunçu yenidən fərqlənəcək və matçın taleyinə təsiri olacaq”.

Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunacaq görüş bu gün saat 19:00-da başlayacaq. Hazırda “Sabah” seriyada 3:2 hesabı ilə öndədir.


SON XƏBƏRLƏR