• Bakı C

    16.24 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Qızıl medal qazanan Azərbaycan güləşçisi: "Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm" 

İDMAN

14 Aprel 2025 | 21:52

Qızıl medal qazanan Azərbaycan güləşçisi: Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm 

Sevinirəm ki, zəhmətin bəhrəsini gördüm.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

67 kq çəki dərəcəsində uğura imza atan pəhləvan fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib:

"Ardıcıl üçüncü dəfə Avropa çempionu olduğum üçün çox sevincliyəm. Məşqlərə dayanmadan davam edirdim. Şükürlər olsun ki, zəhmətimin bəhrəsini gördüm. Ardıcıl üçüncü dəfə çempion olmaq kənardan asan görünə bilər. Lakin bu işin görünməyən tərəfləri çoxdur" .

O, dünya çempionatında da qızıl medal qazanmaq istədiyini bildirib:

"Mundialın gümüş və bürünc medallarını qazanmışam. İstəyərəm ki, bütün yarışların medallarını qazanım. O cümlədən dünya çemionu olmaq istəyərəm".

Qeyd edək ki, Həsrət Cəfərov finalda Əbu Müslim Amayevi (Bolqarıstan) məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub./report


SON XƏBƏRLƏR

15 Aprel 2025