• Bakı C

    16.24 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Haaland və Levandovskinin rekordu qırıldı

İDMAN

16 Aprel 2025 | 00:49

Haaland və Levandovskinin rekordu qırıldı

Dortmund "Borussiya"sının futbolçusu Seru Girassi klub tarixinin Çempionlar Liqası rekorduna imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 29 yaşlı hücumçu buna ÇL-in 1/4 finalının "Barselona" ilə cavab oyununda nail olub. O, matçda dubl edərək turnirin cari mövsümündəki qollarının sayını 12-yə çatdırıb.

Girassi bununla da "Borussiya" tarixində ÇL-in bir mövsümündə ən çox qol vuran futbolçu adını qazanıb.

O, komandanın sabiq oyunçuları Erlinq Haaland və Robert Levandovskini (hərəyə 10 qol) geridə qoyub.

Qeyd edək ki, Seru ötən ildən "Borussiya"nın formasını geyinir.


SON XƏBƏRLƏR

15 Aprel 2025