• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ağ Ev: Tramp İranla dialoqa hazırdır

DÜNYA

16 Aprel 2025 | 00:10 | Müəllif: Subhan Mahmudov

Ağ Ev: Tramp İranla dialoqa hazırdır

ABŞ Prezidenti Donald Tramp Oman sultanı Heysəm bin Tarek Əl Səidlə telefon danışığında İranla dialoqa hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Əlbəttə, İrana qarşı maksimum təzyiq kampaniyası davam edib. Lakin bildiyiniz kimi, prezident İranla dialoq və məsləhətləşmələr görmək istədiyini açıq şəkildə bildirib. Eyni zamanda İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini açıqlayıb. Prezident bu danışıqların asanlaşdırılmasına kömək edən Oman Sultanı ilə danışıb”, - o bildirib.

Onun sözlərinə görə, liderlər ABŞ-nin husilərə (Yəmən Ənsar Allah hərəkatı - red.) qarşı davam edən hərbi əməliyyatlarını da müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026