• Bakı 17° C

    9.41 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Almaniya kansleri: Hərbçilərimizin Ukraynada mövcudluğu...

DÜNYA

16 May 2025 | 00:00

Almaniya kansleri: Hərbçilərimizin Ukraynada mövcudluğu...

Almaniya kansleri Fridrix Merts Bundesverin (AFR Silahlı Qüvvələri) Ukraynada mövcudluğu məsələsinin gündəmdə olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumət başçısı “Die Zeit” qəzetinə müsahibəsində deyib.

“Hazırda belə bir qərar nəzərdən keçirilmir. Lakin tarixi arqumentlər həmişə mülahizələrin bir hissəsidir. Amma bu mülahizələr başqa nəticələrə də gətirib çıxara bilər”, – Merts söyləyib.

Eyni zamanda Almaniya kansleri vurğulayıb ki, o, Almaniyanın xüsusi Avropa rolunu öz üzərinə götürməkdənsə, Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün avropalı tərəfdaşlarla əməkdaşlıq etməsini istərdi. “Bu məsələdə əsas rolu Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli gücləndirilməsi oynayacaq”, – o deyib.

Daha əvvəl ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bildirmişdi ki, ABŞ Rusiya – Ukrayna münaqişəsinin həlli planını müzakirə edir və bu plana əsasən Dnepr çayının qərbində cilovlama qüvvələri yerləşdiriləcək. Onun sözlərinə görə, bu qüvvələrin tərkibinə dörd Avropa ölkəsinin – Böyük Britaniya, Polşa, Fransa və Almaniyanın kontingentləri daxil olacaq./report


SON XƏBƏRLƏR

15 May 2025